Bakı: “Şərq-Qərb”, 2009. — 672 səh. Jorji Amadu “Qum dəryasının kapitanları”, “Möcüzələr dükanı”, “Pusqu” və s. əsərləri ilə ədəbiyyat tarixində qalmış yazıçıdır. O, öz bestsellerləri ilə müxtəlif ölkələrin milyonlarla oxucusuna Braziliyanı sevdirə bilmişdir. Yazıçının qələmindən çıxan əsərlərin hər sətrindən qaynar həyat çağlayır, cənub temperamentindən qidalanan oynaq,...
Bakı: Nurlan, 2003. — 578 səh. R.Ulusel. Azərbaycan mədəniyyətinin Anarı İlk hekayələr Yağışlı gecə İki dəniz Taksi və vaxt Bayram həsrətində Könlümüzün gecəsi Sabah biz ayıq olacayıq Hekayə Asqılıqda işləyən qadının söhbəti Keçən ilin son gecəsi Dağınıq vərəqlər İki uşaq hekayəsi Əlifba Sayların sərgüzəşti Üç sandıq hekayəsi 58-ci ilin üç sandıq hekayəsi Nisbət nəzəriyyəsi...
Bakı: Avrasiya press, 2006. — 192 s. Kitaba böyük el sənətkarı aşıq Alının ictimai-əxlaqi, mənəvi-psixoloji mündəricəli əsərləri - gəraylıları, qoşmaları, divaniləri, təcnisləri, habelə ona həsr olunmuş üç rəvayət-dastan daxil edilmişdir.
Bakı: Şərq-Qərb, 2005. — 296 s. Peşəkar milli teatr sənətinin, realist bədii nəsrin, demokratik fəlsəfi və estetik fikrin, ilk əlifba inqilabının, bütövlükdə mənəvi mədəniyyətimizin bütün sahələrində “yeni dövr”ün banisi olan böyük ədib, alim və filosof Mirzə Fətəli Axundzadənin zəngin və çoxcəhətli yaradıcılığı ümumşərq və ümumbəşəri bir tarixi məna və əhəmiyyət kəsb edir....
Bakı: Şərq-Qərb, 2005. — 376 s. Şərq İslam ölkələrinin bədii-fəlsəfi fikri tarixində yeni mərhələni başlayan Mirzə Fətəli Axundzadə 1860-cı illərdən ömrünün sonuna qədər bir mütəfəkkir kimi tənqid, fəlsəfə və sosiologiya sahəsində çalışmışdır. Bəşəriyyətin elm, fəlsəfə və mədəniyyət tarixini bütöv, vəhdət halında nəzərdən keçirən böyük mütəfəkkir qədim Şərq, Yunanıstan və...
Bakı: Şərq-Qərb, 2005. — 296 s. Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin yeni əlifba uğrunda mübarizəsi milli maarifin və mədəniyyətin yüksəlişi uğrunda aparılan bir mübarizə idi. Müəllifin öz qeydlərindən də bəlli olur ki, “Kəmalüddövlə məktubları” nın yazılması yeni əlifba uğrunda mübarizə ilə bilavasitə bağlıydı. Əsərlərinin üçüncü cildinə ölməz ədibin yeni əlifba layihəsi...
Bakı: Şərq-Qərb, 2009. — 760 səh. Zəmanəmizin görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi, həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir. Ç.Aytmatov üçün ədəbiyyatda yeganə “böyük mövzu” – insan mövzusu var....
2 cilddə. — Bakı: Şərq-Qərb, 2005. — 376 s. — ISBN: 9952-418-41-5. Azərbaycan aşıq sənətinin ən başlıca xüsusiyyəti onun milli özünəməxsusluğudur. Orta əsr və XIX yüzilliyin tanınmış el sənətkarlarının seçmə əsərlərini əhatə edən bu kitabda dövrün, zamanın kəşməkəşlərindən keçərək misilsiz poetik irsə çevrilmiş, xalqın mənəvi aləminin, bədii təfəkkürünün, estetik zövqünün...
2 cilddə. — Bakı: Şərq-Qərb, 2005. — 424 s. — ISBN: 9952-418-42-3. Geniş oxucu kütləsinə təqdim olunan bu cildə Aşıq Ələsgər, Aşıq Rəcəb, Aşıq Qurban, Aşıq Mehdi, Padarlı Abdulla, Molla Cuma, Zodlu Usta Abdulla, çoban Əfqan, Bozalqanlı Aşıq Hüseyn, Aşıq Səməd, Xəyyat Mirzə, Göyçəli Aşıq Musa, Aşıq Şəmşir, Xındı Məmməd, Aşıq Hüseyn Cavan, Aşıq Hüseyn Saraclı, Aşıq Kamandar və...
5 cilddə. — Bakı: Lider, 2005. — 392 s. Bu cildə haqq aşığı Qurbani haqqında rəmzi-məcazi səciyyəvi "Qurbani", astral məzmunlu "Tahir və Zöhrə", Dədə Qorqud dünyası ilə çox yaxından səsləşən "Novruz", ailə-məişət mövzulu "Alı xan", eləcə də qəhrəmanlıq dastanlarından məhəbbət dastanlarına keçid təsiri bağışlayan "Lətif şah", "Şahzadə Əbülfəz" kimi çox sevilən, xalqın duyğu və...
5 cilddə. — Bakı: Lider, 2005. — 448 s. Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi, uzlaşdırılması yolu ilə yaradılmışdır. Təqdim olunan cildə daxil edilmiş, xalq içərisində sevilib geniş yayılan "Əsli və Kərəm", "Abbas və Gülgəz", "Seydi və Pəri", "Məhəmməd və Güləndəm", "Leyli və Məcnun" və s. dastanlar bu qəbildəndir.
5 cilddə. — Bakı: Lider, 2005. — 328 s. Azərbaycan xalq dastanlarının bu cildinə əsrlərin sınağından çıxaraq xalqımızın mənəvi aləminin, bədii təfəkkürünün, estetik zövqünün zənginləşməsində müstəsna rol oynamış, mövzuca rəngarəng dastan nümunələri toplanmışdır. Onlardan türk xalqları folklorunda şərəfli yer tutan "Aşıq Qərib", "Əmrah", "Şah İsmayıl", "Səlim şah", "İrvahım" və...
5 cilddə. — Bakı: Lider, 2005. — 344 s. "Azərbaycan dastanları"nın bu cildinə müasir dastanlardan şair Nəbi Kəlbəcərlinin "Dilsuz və Xəzangül"ü, Aşıq Əli Köçəsgərlinin "Şahzadə Bəhrəm"i ilə "Fərhad və Şirin"i, şair Novruzun "Sam şahzadə"si, Aşıq Şəmşirin "Şəmşir və Sənubər"i ilə yanaşı, kökünü əsasən xalq dastanlarından alan, folklora xas qədim ənənəni - şifahi yolla yaranma,...
5 cilddə. — Bakı: Şərq-Qərb, 2005. — 336 s. "Azərbaycan nağılları"nın bu cildində yer alan nümunələr janrın bütün əlvanlığını özündə toplayır. Onlar da fantaziya zənginliyi, ardıcıllıq, məntiqlilik və tərcümə aparmaq vərdişi aşılayır, oxucusunu gördüyün əsiri olmaqdan qurtarır. Bir həqiqətdir ki, məlum qanunlar çərçivəsinə sığmayan, gözlənilməz yenilik nağılla tərbiyə olunmamış...
Bakı: MBM, 2011. — 432 s. — ISBN: 978-9952-29-041-7. Böyük türk hökmdarı və dövlət xadimi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Qazi Zəhirəddin Məhəmməd Baburun (1482-1530) «Baburnamə» əsəri türk və islam ədəbiyyatında memuar janrında yazılmış ilk əsərdir. Müəllif burada öz keşməkeşli həyatını qələmə almış, Mərkəzi Asiyanın, Əfqanıstanın və Hindistanın tarixinə,...
Bakı: Gənclik, 2003. — 404 s. — ISBN: 5-8020-1315-X. Əziz oxucu, türk dünyasının böyük oğlu, görkəmli xalq şairi Xəlil Rza Ulutürkün tərcüməsində sizə təqdim etdiyimiz bu kitab türkdilli xalqların möhtəşəm abidəsidir, XI əsrin yadigarı - Yusif Balasaqunlunun "Qutadqu bilik" (Sadəl gətirən elm) kitabında ayrı-ayrı sinif, təbəqə və zümrələrin əxlaqı, dünyagörüşü, borcu,...
Bakı: Lider nəşriyyat, 2004. — 144 səh. Kitabda klassik Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Məhsəti Gəncəvinin müxtəlif mənbələrdən götürülmüş rübailəri toplanmışdır. Bu rübailər dövrünün humanist poeziyası — Xaqani, Nizami yaradıcılığı ilə yaxından bağlı olmaqla dünyəvi hisslər tərənnüm edir, insanı, onun gözəlliyini, arzu və istəklərini ifadə edir, onun həyat...
Bakı: Gənclik, 1968. — 12 səh. Şam şəhərində qoca bir Kərpickəsən yaşayırdı. Öz işini yaxşı bilən, zəhmətsevən qocanın günü-güzəranı ağır keçirdi. O, adi torpaqdan daş kimi möhkəm kərpic yaradırdı. Əlinin əməyini ucalan binalarda görəndə sevinir, qanadlanırdı. O, ömrünün mənasını bunda görürdü.
Bakı: Lider, 2004. — 288 səh. "Leyli və Məcnun" "Xəmsə"nin üçüncü poemasıdır. Nizami Gəncəvi bu qədim məhəbbət əfsanəsinə ustad qələmilə bəzək vurmuş, onu bədii yüksəkliyə qaldırmışdır. Şairin yaratdığı bu məhəbbət dastanı dünya ədəbiyyatı xəzinəsinin ən qiymətli incisinə çevrilmişdir. Mündəricat: İnsan dühasının əlçatmazlıq nümunəsi "Ey adı ən gözəl başlanğıc olan" Sonuncu...
Bakı, 1976 — 20 səh. Bir gün Xeyir və Şər adlı iki cavan öz şəhərlərindən çıxıb başqa bir şəhərə yollandılar. Yol üçün tədarük görmüş, azuqə götürmüşdülər. Bir neçə gün yol getdikdən sonra Xeyir azuqəsini açıb ortaya qoyur. Şər işə öz azuqəsini saxlayırdı. Bir xeyli gedəndən sonra, elə bir çölə çatdılar ki, bürkü təndir alovu kimi üz qarsırdı. Şər bu uzun çöldən xəbərdar...
Bakı: Lider nəşriyyat, 2004. — 336 s. “Yeddi gözəl” əsəri “Xəmsə”nin dördüncü kitabıdır. Nizami yaradıcılığının ana xəttini təşkil edən ağıllı və ədalətli şah arzusu “Yeddi gözəl”də başlıca yer tutur. Maraqlı nağılların, məhəbbət macəralarının içərisində şair öz əsas fikrini ifadə edir; zülmkar şahları xalqın qayğısına qalmağa, dövləti, ölkəni ədalətlə idarə etməyə çağırır....
Bakı: Xəzər Universiteti, 2010. — 208 səh. Azərbaycan türkcəsində hazırlayan, ön söz və açıqlamaların müəllifi: Elman Mustafa. XX əsrin əvvəllərində Osmanlı imperatorluğu süquta uğrayarkən» nəinki, onun Avropadakı torpaqları əlindən çıxdı, hətta Türkiyənin bir dövlət kimi mövcud olması təhlükə qarşısında idi. Belə bir şəraitdə Türkiyədə yaranan müxətlif fikir axımlarından Türk...
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı. — 369 s. Roman Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadınının həyatından bəhs edir: əfqanlı zəngin birisinin nikahdankənar qızı, uşaqlıqdan ailə sevgisindən məhrum olmuş Məryəm və mehriban ailənin sevimli qızı, maraqlı və rəngarəng həyat arzusunda olan Leyla. Onların arasında ümumi heç nə yoxdur, ayrı-ayrı...
Bakı: Lider, 2004. — 336 s. Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Əli Kərimin bu kitabına şairin müxtəlif illərdə qələmə aldığı şeir və poemaları toplanmışdır. Əli Kərimin əsərlərində təzəlik, poetik duyum, səmimiyyət, doğma torpağa bağlılıq başlıca yer tutur. Selected works of the outstanding poet of Azerbaijan in his native language.
Bakı: Şərq-Qərb, 2006. — 216 səh. — ISBN: 9952-34-003-6. Qədim Şərq ədəbiyyatının qiymətli nümunələrindən olan “Qabusnamə" özünün məzmun rəngarəngliyinə görə geniş şöhrət qazanmışdır. Dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmiş bu hikmət kitabı dövranın acısını-şirinini dadmış qoca atanın öz oğluna nəsihəti və vəsiyyətindən bəhs edir.
Bakı: Öndәr nәşriyyat, 2004. — 128 sәh. ISBN: 9952-416-25-2 XVIII әsrdә şifahi xalkq şeri tәrzindә yazan şairlәr içәrisindә Molla Vәli Vidadi mühüm yer tutur. Vaqifin böyük müasiri olan görkәmli sәnәtkarın әsәrlәri dövrün әdәbi mәnzәrәsini başa düşmәk baxımından daha aydın tәsәvvür yarada bilir.
Kitaba böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369 - 1417) Azərbaycan dilində əsasən lirik tonda qələmə alınmış qəzəlləri daxil edilmiştir. Ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış bu şeirlərdə insan gözəlliyinin tərənnümü, lirik aşiqin qəlb çırpıntıları aparıcı yer tutur.
Bakı: Şərq-Qərb, 2006. — 208 səh. Qurban Səidin qələmə aldığı “Əli və Nino” romanında 1918-1920-ci illərdə Azərbaycanda və xüsusən Bakı şəhərində baş verən siyasi hadisələr fonunda azərbaycanlı oğlu Əli ilə gürcü qızı Nino arasında məhəbbət macərası təsvir edilmişdir.
Bakı: Avrasiya Press, 2010. — 436 s. İki cildlik "Dünya ədəbiyyatı antologiyası"nın birinci cildində dünya xalqlarının VII-XXI əsr poeziyasından nümunələr daxil edilmişdir. Müxtəlif vaxtlarda mətbuat səhifələrində, ayrı-ayrı kitab və dərgilərdə şair Çingiz Əlioğlunun tərcüməsində nəşr edilmiş bu əsərlər ilk dəfədir ki, mükəmməl bir toplu şəklində hörmətli oxuculara təqdim olunur.
Bakı: Avrasiya Press, 2010. — 664 s. İki cildlik "Dünya ədəbiyyatı antologiyası"nın ikinci cildində dünya ədəbiyyatının nəşr nümunələri daxil edilmişdir.
Bakı: Şərq-Qərb, 2004. — 480 səh. Mirzə Ələkbər Sabir min illik ədəbiyyat tariximizin geniş göylərini bəzəyən bənzərsiz sənət ulduzudur. Onun “Hophopnamə”si başdan-ayağa zülmə, ətalətə etiraz, insan haqqına və heysiyyətinə qarşı çevrilmiş hər şeyə üsyan və ittihamnamədir. Fitrətən milli və xəlqi şair olan Sabir xalqın ictimai-sosial və psixoloji dərdlərini son dərəcə dəqiqliyi...
İranın XI əsrdə yaşamış görkəmli filosof şairi Ömər Xəyyam Azərbaycanın oxucuları arasında geniş şöhrət tapmış, rübailəri Nizami dövründən bu günə qədər xalqımız tərəfindən sevilə-sevilə oxunmuş və əzbərlənmişdir. İndi Ömər Xəyyamın oxuculara təqdim etdiyimiz "Rübailər" kitabı görkəmli şairimiz Mir Mehdi Seyidzadənin yaradıcılıq axtarışlarının bir məhsuludur.
Bakı: Nurlan, 2009, — 290 səh. Azərbaycan oxucusuna ilk dəfə təqdim olunan bu dastan möhtəşəm qırğız eposu “Manas”ın Keneş Yusupov tərəfindən nəsr şəklinə salınmış və Adıl Cəmil tərəfindən tərcümə edilmiş yeni, həm də ən yığcam variantıdır. Manasın dünyaya gəlişindən dünyadan gedişinə qədər baş verən olaylar – epos qəhrəmanının uşaqlıq illəri, düşmənlərlə döyüşdə ilk...
E-kitab, www.kitablar.com, 2007. - 159 s. Tərcümə edən Tələt Əyyubov. "Hamlet" - məşhur ingilis dramaturqu Şekspirin 1600-1601-ci illərdə yazdığı faciə. "Hamlet" Şekspirin ən məşhur əsərlərindən biridir. O, həmçinin şairin həcminə görə ən nəhəng əsəridir. Pyesdə 4042 sətr və 29 551 söz var.
Tehran . ١٣٨٧. - 157 s. Tərcümə edən Tələt Əyyubov. "Hamlet" - məşhur ingilis dramaturqu Şekspirin 1600-1601-ci illərdə yazdığı faciə. "Hamlet" Şekspirin ən məşhur əsərlərindən biridir. O, həmçinin şairin həcminə görə ən nəhəng əsəridir. Pyesdə 4042 sətr və 29 551 söz var.
Bakı: XAN, 2017. — 224 səh. Uzun illər məni düşündürən, daha doğrusu narahat edən fəlsəfi bir mövzunu araşdırma romanı kimi yazmağı arzulasam da, sonda çox dəyərli bir dostumun təklifi üzrə milli taleyimizi düşündürən süjetlə birgə yazdım. Yazdıqca tarixi-fəlsəfi fikirlərim gah həqiqətlərlə, gah fantastik ideyalarla dost oldular. Müxtəlif oxucu kütləsi üçün həm maraqlı, həm...
(Transfoneliterasiya və fotofaksimile). — Bakı: Nurlan, 2010. — 71+15 s. Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 2 dekabr 2009-cu il tarixli 11 №-li iclasının qərarı ilə nəşr edilir.
Bakı: Şərq-Qərb, 2004. — 400 s. Aşıq Ələsgər hər bir azərbaycanlıya qan ilə keçmiş, onun mənəviyyatının bir hissəsinə çevrilmiş söz ustadıdır. Sehr dolu şeirləriylə Ələsgər möcüzəsi sadəliyin möcüzəsidir. Belə sənətkarlara eldə “Haqq aşığı” deyərlər. Qanında Dədə Qorqudu, Qurbanini, Qaracaoğlanı, Yunus Əmrəni, Sarı Aşığı daşıyan Dədə Ələsgər şirinliyi, doğmalığı – müdrikliyin,...
Bakı: Azərnəşr, 1929. — 295 s. Oxuculara təqdim olunan bu kitabda mədəniyyət və ədəbiyyatımızın tarixi üçün böyük əhəmiyyət və qiymətli olan xalq ədəbiyyatının bir çox orijinal parçalarıni — qoşmalarını içərisinə almaqdadır. Lakin bunu Azərbaycan aşıqlarını bizdə bu vaxta qədər çap olunub ortaya çıxan xalq ədəbiyyatının qoşmalar qisminə aid kitablardan ayıracaq bəzi...
Bakı: MBM, 2011. — 320 s. ISBN: 978-9952-29-041-7 Kitabda türk ədəbiyyatının səlcuqlu dövrü, məşhur şair və dövlət xadimləri Sultan Hüseyn Bayqara və Qazi Zəhirəddin Məhəmməd Babur, ilk qadın şairlərdən Mehri Xatun, ümumtürk ədəbiyyatının görkəmli nümayəndələri Nurməhəmməd Əndəlib, Abdulla Şahbəndə, Məxdumqulu Fəraqi və Molla Nəfəs, XX əsr tatar şairi Abdulla Tukay, başqırd...
E-book, Azerbaijan. — 86 p. Aylisli Akram. Stone dreams (in Azeri) Əkrəm Əylisli (d. 1937) — nasir, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin sabiq üzvü, Azərbaycan Respublikasının sabiq xalq yazıçısı, respublika Lenin komsomolu mükafatı laureatı (1968), Azərbaycanın əməkdar incəsənət xadimi (1968), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan...
Comments