Bakı: Çaşıoğlu, 2008. — 466 səh.
Görkəmli ədibimiz Mir Cəlalın bu kitaba daxil edilmiş “Bir gəncin manifesti” əsəri Azərbaycan romanının ən gözəl nümunələrindəndir. Roman Azərbaycanda baş verən vətəndaş müharibəsinə həsr olunmuşdur. Əsərin əsas qəhrəmanları bir ailənin üzvü olan Mərdan, Sona və Bahar əslində o zamankı Azərbaycan kəndlisinin ümumiləşdirilmiş canlı, bədii obrazlarıdır. Bu romanda azadlıq və istiqlal uğrunda həyatını qurban verməyə hazır olan insanların böyük vətənpərvərliyi, qəhrəmanlığı coşqun romantik pafosla bədii təcəssümünü tapmışdır. Həmin illərin günahsız qurbanlarından olan balaca Baharın faciəli ölümü isə xüsusilə təsirli göstərilmişdir.
Mir Cəlalın zox zəngin hekayə yaradıcılığından bu kitabda da bir sıra nümunələr verilmişdir. “İclas qurusu”, “Özündən naxoş”, “Gərək olar”, "Plovdan sonra” və başqa hekayələrində ədibin tənqidi gülüşün müxtəlif formalarından yerli-yerində, böyük sərrastlıqla istifadə etmək məharəti diqqəti cəlb edir.