Sign up
Forgot password?
FAQ: Login

Atakişiyev B.S. İnzibati hüquq və terminlər

  • pdf file
  • size 1,71 MB
  • added by
  • info modified
Atakişiyev B.S. İnzibati hüquq və terminlər
Elmi əsər. — Bakı: nəşriyyatsız, 2008. — 312 səh.
Elmi əsər hüquq elminin, inzibati hüquq sahəsinin əsaslarını, təməl müddəalarını qısa və konkret şəkildə araşdırıb-izah etmək məqsədini güdür. Əsərdə vətəndaşlar tərəfindən dövləti idarəetmə hüququ, idarəçilik prinsipləri, eləcə də forma və metodları aydın şəkldə gostərilir. Bundan savayı, burada inzibati-hüquq tənzimləmənin obyekti, inzibati-hüquq münasibətləri subyektlərinin hüquqi statusu, dövlət idarəçiliyi (hakimiyyət) orqanları quruluşu və ələlxüsus inzibati hüququn təminatı və digər müddəalar öz əksini tapmışdır.
Xüsusilə vurğulamaq lazımdır ki, elmi əsərdə, nəinki elmi-nəzəri araşdırmalar, hətta dövlət idarəçliyi prosesində təsadüf edilən müddəalar, yəni inzibati hüququn praktiki tədbiqindən irəli gələn və dövlət idarəçliyinə aidiyyətı olan (onun predmeti olan) hadisə və hərəkətlər özünə yer tapmışdır. Gündəlik dövlət idarəçliyi, siyasi sahələrdə rast gələn terminlərin əlifba sırası ilə qısa, eyni zamanda əhatəli izahatı, şərhi verilmişdir.
Elmi əsər 312 səhifədən, II hissədən (elmi və elmi-praktiki), elmi hissəsi XIII mövzudan, elmi-praktiki hissəsi isə təqribən 500-ə qədər terminlərdən və anlayışlardan ibarətdir.
Oxucu kontingentinə gəldikdə isə, elmi əsər ilk növbədə hüquq elminə yiyələnmək məqsədini güdən vətəndaşlara həm də ələlxüsus dövlət idarəçliyi və digər siyasi fəaliyyət ilə aktv sürətdə məşğul olan və, o cümlədən, dövlət idarəçliyinə, dövlətə və siyasətə biganə qalmayan bütün digər vətəndaşlara da - tövs edilir.
  • Sign up or login using form at top of the page to download this file.
  • Sign up
Up