Bakı: MBM, 2006. — 260 s. — ISBN: 9952-29-24-1.
Azərbaycan tarix elminin ümdə vəzifələrindən biri Azərbaycanda yaşayan etnik qruplarının tarixini araşdırmaqdır. Bu baxımdan Məhəmməd Əliyevin «Azərbaycan tatları» adlı əsəri mövzu aktuallığı ilə seçilir - bizim tarixşünaslıqda Azərbaycan tatlarının tarixi üzrə indiyədək ümumiləşdirici araşdırmalar
aparılmayıb. Əsərdə çoxsaylı və çoxdilli ədəbiyyatda rast gəldiyi pərakəndə məlumatları öyrənməklə Azərbaycan tatlarının coğrafi yerləşmə və yerdəyişməsi, onların təsərrüfat həyatı, etnik tarixi, dini görüşləri, tat dilinin araşdırılma tarixi və s. haqqında ümumiləşdirmələr yaparaq oxunaqlı iş yazmışdır. Əsərin yazılması üçün 200-dən artıq ədəbiyyatdan istifadə olunmuş, işin sonunda tatların sayı, keçmişdə və indi yaşadıqları kəndlər haqqında əlavə cədvəllər, həmçinin tat mətnləri haqqında əlavə məlumatlar verilmişdir. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.