Bakı: Adiloğlu, 2007. — 560 səh.
İkinci dünya müharibəsinin sonlarında pozulan SSRİ-Türkiyə münasibətləri 60-cı illərin əvvəllərindən necə normallaşdı? Buna hansı amillər təsir etdi? Münasibətlərdə ABŞ faktoru hansı yeri tuturdu? Kuba raket böhranı sovet-türk münasibətlərinə necə təsir etdi? SSRİ Türkiyə Kommunist Partiyasına və İraqın şimalında silahlı dəstələrdən birinə başçılıq edən Molla Mustafa Barzaniyə yardımları necə edirdi? Kipr problemi qarşılıqlı münasibətlərdə hansı rolu oynayırdı? SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi Kipr kommunistlərinə silahı necə ötürdü? Qarşılıqlı münasibətlərə Çin faktoru necə təsir edirdi?Türkiyəyə yönəlik sovet siyasətində Bolqarıstan hansı rolu oynayırdı? Erməni terroru sovet-türk münasibətlərinə necə təsir edirdi? İki ölkənin yaxınlaşmasında Azərbaycan hansı rolu oynayırdı? Bütün bu və ya digər suallara Azərbaycan, Rusiya, Türkiyə arxivlərində uzun illər boyu “tam məxfi”, “məxfi” və “xidməti istifadə üçün“ qrifləri altında saxlanılmış materiallar, ABŞ Dövlət Departamentinin və Mərkəzi Kəşfiyyat İdarəsinin sənədləri, Ermənistan və Gürcüstan mətbuatı əsasında yazılmış monoqrafiyada cavab verilir.
İstifadə edilmiş mənbə və ədəbiyyatların demək olar ki, hamısı elmi dövriyyəyə ilk dəfə gətirilmişdir.
Monoqrafiya beynəlxalq münasibətlər tarixi üzrə mütəxəssislər, diplomatlar və sovet gizlinləri ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuşdur.