Bakı: Nurlan, 2009, — 290 səh.
Azərbaycan oxucusuna ilk dəfə təqdim olunan bu dastan möhtəşəm qırğız eposu “Manas”ın Keneş Yusupov tərəfindən nəsr şəklinə salınmış və Adıl Cəmil tərəfindən tərcümə edilmiş yeni, həm də ən yığcam variantıdır. Manasın dünyaya gəlişindən dünyadan gedişinə qədər baş verən olaylar – epos qəhrəmanının uşaqlıq illəri, düşmənlərlə döyüşdə ilk qələbələri, kalmık və çinli basqılarına cəsarətli cavabları, yurdunun və xalqının azadlığı naminə qanlı savaşlara atılmağı, ata yurdunu işğaldan azad etməyi və s. əsərdə yığcam, lakin bütün gerçəkliyi ilə öz ifadəsini tapıb. Əminik ki, bu kitabı oxuyanlar türk oğlu Ər Manasın qəhrəmanlığı barədə bitkin təsəvvür əldə edəcəklər.