Bakı: Nurlar, 2016. — 48 s.
Milləti formalaşdıran, onu millət edən əsas faktorlar dil, folklor və mətbəxdir. Biz hansı laylaları, nağılları, atalar sözlərini, əfsanləri dinləyiriksə bunları yaradan millətin mənəvi dəyərlərini mənimsəyirik. Biz bunları hansı dildə dinləyiriksə o dilin də daşıyıcısı oluruq.
Biz hansı yerin, torpağın ərzaqlarını yeyiriksə o torpağ, hava, su, mühit haqqında məlumatları, davamlı yüz illərlə qəbul ediriksə, o torpağ bizim Vətənimiz hesab edilir, bizim dad duyğumuzu formalaşdırır. Biz hansı texnologiyalarla, adət ənənələrlə yemək bişirib yeyiriksə bunlar bizim psixologiyamızı qəlibləşdirir.