Bakı: Şərq-Qərb, 2009. — 760 səh.
Zəmanəmizin görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi, həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir. Ç.Aytmatov üçün ədəbiyyatda yeganə “böyük mövzu” – insan mövzusu var.
Seçilmiş əsərlərinin bircildliyinə böyük yazıçının “Gün var əsrə bərabər” romanı ilə yanaşı,“Əlvida, Gülsarı!”, “Dəniz kənarıyla qaçan Ala baş”, “Ağ gəmi” və “Cəmilə” povestləri daxil edilmişdir.